Üç tərəfli tikişli Ambalaj

Bu qablaşdırma növü məhsulların uzunmüddətli qorunmasını təmin edir və qida, kosmetika, farmasevtika və sənaye sahələrində geniş istifadə olunur. Üç tərəfdən yüksək temperaturlu tikişlə bağlandığı üçün hava və nəmlik keçirmir. Bu üstünlüklər sayəsində 3 tərəfli tikişli ambalaj, həm istehsalçılar, həm də istehlakçılar üçün ən əlverişli və etibarlı qablaşdırma seçimlərindən biridir.